Adımız Vətən, soyadımız Türkdür

03 Aprel 2016

Cəhənnəm olsa gələn onun atəşini köksümüzdə söndürərik. Bu yol Haqq yoludur, dönmək bilmədən irəliləyərik. Dənizlər ordu olsa, buludlar atəş yağdırsa, cahan yıxılsa belə bu cəbhə əsla sarsılmayacaqdır. Şəhidlərimizin ruhu torpaqdan qalxıb vuruşacaq və gücümüzə güc qatacaqdır. Şəhidlərimizin qanı ilə sulanan bu torpaqda atdığım hər addımda sənə yaxınlaşacağıq, ey Vətənimin əsir qəlbi və üçrəngli bayrağımızı Vətənimizin cənnət torpagına sancacağıq. 

Akademik Zərifə Əliyeva adına liseyin rəhbərliyi və müəllim- şagird kollektivi adından Şəhidlərimizə Allahdan rəhmət diləyir və yaxınlarına başsağlığı veririk. Liseyimizin vətənpərvər ruhda yetişən müəllim-şagird  ordusu adından deyirik:

-Azan olduq dinmədik. Bayraq olduq enmədik. Şəhid olduq ölmədik. Bizi yaxşı tanıyın. Adımız Vətən, soyadımız Türkdür.