Akademik Zərifə Əliyeva adına lisey şagirdlərinin növbəti uğuru

24 Yanvar 2022

22-24.01.2022-ci ildə Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turniri keçirildi.

Liseyimizin ümumilikdə 21 şagirddən ibarət 7 komandası "Dünya Məktəblilərarası Çempionatda" liseyimizi layiqincə təmsil etdilər.
Çempionatda elmi biliklərlə yanaşı, ümumi dünyagörüşü və bacarıqları əhatə edən müxtəlif müsabiqələr və kateqoriyalar üzrə şagirdlərimiz həm fərdi, həm də komanda olaraq çıxışlarında yaşıdlarından fərqlənərək qızıl və gümüş medallar qazandılar. 3 komandamız isə böyük müvəffəqiyyət göstərərək Beynəlxalq yarımfinalda iştirak etməyə haqq qazandı. 
Yarışda iştirak edərək qalib olan şagirdlər:

1.Humay Hacıyeva 9R5 — 3 qızıl 
2.Roida Məhərrəmli 11R2 — 5 qızıl, 4 gümüş
3.Nəzrin Ələkbərli 11R2 — 3 qızıl, 3 gümüş 
4.Mədinə Hüseynzadə 11R2 —2 qızıl,  5 gümüş
5.İsmayıl Cəfərli 9R1 — 1 qızıl, 3 gümüş
6.Teymur Qasımov 11A4 — 1 qızıl, 2 gümüş
7.Zəhranur Fərəcli 9A3 — 1 qızıl, 3 gümüş
8.Fidan Ramazanzadə 10R2 — 1 qızıl, 2 gümüş
9.Aynur Fərzəliyeva 9A3 — 2 qızıl
10.Fatimə Novruzova 10A2 — 2 qızıl
11.Şayen Şimşək 9R1 — 2 qızıl, 2 gümüş
12.Əli Mustafayev 9R5 — 1 qızıl
13.İsmayıl Rizayev 9R5 — 1 qızıl, 1 gümüş 
14.Akif Alcanlı 9R1 — 2 gümüş
15.Gülər Hacı-həsənli 11A5 — 1 qızıl, 2 gümüş
16.Arzu Hacı-həsənli 11A5 — 2 gümüş
17.Kərim Hüseynli 9A2 — qızıl
18.Gülzar Qasımova 9R3 — 1 qızıl, 1 gümüş 
19.Əkbər Əliyev 10A1 — 1 qızıl
20.Cəmil Kazımzadə 10A1 - 1 qızıl
21.Ayxan Əliyev 10A1 - 1 qızıl, 2 gümüş 

Şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.