İyunun 14-də Akademik Zərifə Əliyeva adına liseydə “Son zəng” tədbiri keçirilib.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz liseyin direktoru Mehriban Vəliyevaya verilib.
Mehriban Vəliyeva məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.