Akademik Zərifə Əliyeva adına məktəbdə Xocalı Faciəsinə həsr olunmuş tədbir

27 Fevral 2012

Bəzən elə hadisələr, faciələr olur ki, onları heç vaxt unutmaq olmaz... 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş faciə də heç birimizin qan yaddaşımızdan silinməyən bir dəhşətdir... Hər ilin bu günü- 26 fevral tarixini biz böyük bir hüzünlə qeyd edirik.

Hər il olduğu kimi, bu il də bir çox məktəblərdə və eləcə də Akademik Zərifə Əliyeva adına məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər çox böyük bir əzmlə, inamla, qətiyyətlə şeirlər söyləyir və səhnəciklər göstərirdilər. Xocalı faciəsində canından keçmiş şəhidlərin ruhunu əbədiləşdirən tədbirdə məktəbimizin bütün şagirdləri, müəllim kollektivi və eləcə də müdiriyyət iştirak edirdi.

Xocalı faciəsində canından keçmiş insanların sayəsində biz günü-gündən inkişaf edən ölkəmizin bu cür məktəblərində təhsil alırıq. Elə məhz onların ruhunun əziz tutmaq üçün məktəbimizin ən fəal şagirdləri və eləcə də məktəb parlamentinin bütün üzvləri müəllimlərin rəhbərliyi ilə Şəhidlər Xiyabanına üz tutduq, onları yad etdik.

Bütün bunlar onu bir daha sübut etdi ki, tariximizin yaddaşından silinməyən faciəni biz heç bir zaman unutmayacaq və unutdurmayacağıq!

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0