ARDNŞ-dan məktəbimizə gələn qonaqlar

14 Aprel 2012

12.04.2012 tarixində Akademik Zərifə Əliyeva adına liseyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən mühüm qonaqlar təşrif buyurmuşdular. Azərbaycan Respublikası İnsan Resursları Departamentinin təhsil və inkişaf şöbəsinin əməkdaşları, nümayəndələri Asif Vəkilov, Tural Əliyev və Jalə Rzabəylinin qonaq olduğu tədbir, liseyimizin xatirə zalında və yalnız I qrup şagirdlərinin, müəllimlərin iştirakı ilə baş tutdu. Xaricdə təhsillə bağlı proqram haqqında şagirdləri məlumatlandırmağa çalışan qonaqlar eyni zamanda liseyimizə himayədarlıq etdiklərini də qeyd etdilər. Asif Vəkilov: “Bu günkü fəaliyyətimizdə Dövlət Neft Şirkətinin baş offisi insan Resursları Departamentinin əsas 3 fəaliyyət şöbəsi var. Orta təbəqə nümayəndəsi olan şagirdlərə oxumaq çətindir.Biz siz şagirdlərə təklif edirik ki, məktəbi bitirdikdən sonra istər xaricdə təhsillə bağlı, istərsə də bakalavr və magistiraturanı bitirib iş tapmaq üçün özgə yerlərə müraciət etməyə çalışmayın, bizə müraciət edin,burada heç bir kreterlər qoyulmur.. Hər bir fərd bilməlidir ki, gələcəyə atılan uğurlu addımların atılması fərdin özündən asılıdır ”.

Bundan başqa, Tural Əliyev Dövlət Neft Şirkətinin atdığı yeni bir uğurlu addımdan danışdı. O, Respublikamızda “Bakı Neft Məktəbi” adlı universitetin açıldığını qeyd etdi. Onun söylədiklərinə görə yeni açılan bu universitetdə yalnız 450-dən yuxarı bal toplamış 100 şagird təhsil ala biləcəklər. Azərbaycan Respublikasının Prezideninin fərmanı ilə xaricdən müəllimlərin dəvət olunacağı bu universitet Beynəlxalq statuslu ilk universitet olacaq.

Sonda Məhəbbət xanım Vəliyeva gəldkləri və şagirdlərə bu cür dəyərli məlumatlar verdiklərinə görə qonaqlara həm öz, həm də şagirdlərin adından təşəkkürünü bildirdi: “Sizin liseyimizə etdiyiniz köməklər danılmazdır, burada həm şagirdlərə, həm da başqa ölkələrdən liseyimizə gələn qonaqlar üçün yüksək şərait yaradılıb. Bunlar hamısı ölkəmizin nailiyyətlərinin, uğurlarının nəticəsidir. Mən inanıram ki, növbəti illərə sizə müraciət edən, sizin universitetə sənəd verən şagirdlərin çoxunun Akademik Zərifə Əliyeva adına liseydən olmasının səbəbi də elə məhz bu görüş olacaq”.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0