Attestatların təqdim edilməsi

30 İyun 2012

Bu gün akademik Zərifə Əliyeva adına liseydə builki məzunlara tam orta təhsil haqqında attestat təqdim edildi. Tədbirdə liseyimizin müəllim və şagird kollektivi ilə yanaşı məzunların valideynləri də iştirak edirdilər. Tədbiri liseyin direktoru Məhəbbət xanım Vəliyeva açıq elan etdi və məzunlara ürək sözlərini çatdırdı. Daha sonra attestatlar sinif rəhbərləri tərəfindən şagirdlərə təqdim olundu. Liseyin dörd məzunu Bode İrina qızıl, Məmmədova Ləman, Məmmədov Elvin və Mehdili Nihad isə gümüş medala layiq görüldü. Tədbirin sonunda xatirə şəkli çəkildi.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0