Azərbaycan dili və ədəbiyyat aylığı

17 Yanvar 2011

17.01.2011-ci tarixində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat aylığına start verildi.

Ayın açılışını məktəbimizin şagirdləri öz çıxışları ilə başladılar. Çıxışlarında dahi söz ustalarının şeirləri, kəlamları ilə Azərbaycan dilinin zənginliyini, şirinliyini, qüdrətini göstərdilər.