Azərbaycan məktəblilərinin növbəti uğuru

11 Mart 2016

Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə 11-ci sinif şagirdləri arasında riyaziyyat-mexanika üzrə Beynəlxalq Tədqiqat Layihə Olimpiadası keçirilib. Olimpiadada akademik Zərifə Əliyeva adına liseyin şagirdləri İlkin Musayev qızıl medal, Nigar Əsədova isə gümüş medal qazanıblar.
Qeyd edək ki, hər iki şagird akademik Zərifə Əliyeva adına liseydə istedadlı şagirdlərdən ibarət yaradılmış “Kiçik Akademiya” nın üzvləridir.

Xəbərə keçid linki: http://edu.gov.az/az/page/9/12176