Azərbaycan tarixi muzeyinə eskskursiya

13 Dekabr 2011

Dekabrın 6–da Akademik Zərifə Əliyeva adına məktəbinin 9a2 və 9r2 sinif şaqirdlərinin Azərbaycan tarixi muzeyinə ekskursiyası təşkil olunmuşdur. Həmin siniflərin rəhbərləri məktəbimizin coğrafiya müəlliimi Daşdamirov Mehman və tarix müəllimi Rizayev Rüfət ekskursiya zamanı şaqirdlərimizi muzeyin rəngarənq artefaktları ilə tanış etdilər, zəngin irsimizi əyani sürətdə şagirdlərin gözləri önündə canlandırdılar. Azərbaycan Tarixi Muzeydə şagirdlərimiz Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, və geyim formaları ilə yaxından tanış oldular. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri isə ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi.

Sonra isə şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus ev əşyalarları, indiyədək qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış oldular.

Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən eksponatlar şagirdlərimizdə tarix elmi haqqında biliklərin daha da möhkəmlənməsinə səbəb oldu.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0