Azərbaycanı yaşadaraq yaşayanlar

23 Yanvar 2012

Hər il olduğu kimi bu il də 20 Yanvar “Şəhidlər Günü” münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilmişdir.

“Azərbaycanı yaşadaraq yaşayanlar” adlı bu ilki tədbirlər silsiləsində ilk öncə 18 yanvar tarixində “Azərbaycan tarixi” muzeyinin əməkdaşları ilə məktəbimizdə görüş keçirilmişdir. Görüşdə şagirdlər tərəfindən təşkil olunmuş ədəbi-bədii hissədən sonra muzey işçiləri tərəfindən tarixigünlə əlaqədar film nümayiş etdirilmişdir. Bundan başqa, muzey əməkdaşları şagirdləri yeni faktlarla tanış etmiş, onların suallarını cavablandırmışdılar.

Yanvarın 19-u məktəbimizin müəllim kollektivi tərəfindən tədbir keçirilmişdir. Tədbirdə müəllimlər yanvar hadisələri ilə bağlı öz təəssüratlarıyla bölüşmüşdülər.

Bundan başqa, məktəb rəhbərliyi 16-19 yanvar tarixində məktəbin şagird və müəllim kollektivinin “Şəhidlər Xiyabanı”na ziyarətini təşkil etmişdir.