Azərbaycanın son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri

09 Mart 2011

Martın 9-da Akademik Zərifə Əliyeva adına orta məktəbdə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” mövzusunda növbəti seminar keçirilmişdir.

Seminarın məqsədi Vətənimizin qədim tarixi və zəngin mədəni irsi haqqında şagirdlərə məlumat vermək, bilik və dünyagörüşünün hərtərəfli inkişafına, mədəniyyət ocaqlarına marağın artmasına kömək göstərmək, bu sahədəki problemləri müəyyən etmək idi.

Tədbirdə Ağsu arxeoloji ekspedisiyasının üzvləri, mütəxəssislər məruzə ilə çıxış etdilər. Həmçinin, “Ağsu şəhəri orta əsrlərdə” 3D filmi nümayiş etdirildi, mövzuya dair diskussiya aparıldı. Fərqlənən şagirdlər mükafatlandırılmışdır.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0