Beynəlxalq Ana dili günü

21 Fevral 2014

      21 fevral 2014-cü il tarixində liseyimizdə Beynəlxalq Ana dili Günü münasibətilə  tədbir keçirildi. Tədbirdə liseyin direktoru Məhəbbət xanım başda olmaqla liseyin müəllim və şagird kollektivi iştirak edirdilər. Bununla yanaşı tədbirə tanınmış diktorlardan olan Eldost Bayramov, Xalidə xanım, Davud Əhmədov dəvət edilmişdi. 

     Tədbirdə şagirdlər görkəmli ədiblərin Ana dilinə həsr olunmuş şeirlərindən ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etdilər
      Ədəbi-bədii hissədən sonra çıxış üçün söz məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi f.e. d. Mehriban Vəliyevaya verildi. Mehriban xanım bu günün əhəmiyyətindən danışdı. 
 
      Sonda bütün kollektiv və qonaqlar xatirə şəkli çəkdirdilər. 
  


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0