Bilik Fondunun nümayəndə heyəti Akademik Zərifə Əliyeva adına liseyin qonağı oldu

07 İyun 2016

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparıcı məsləhətçi Almaz Axundova Akademik Zərifə Əliyeva adına liseyin qonağı oldular. Onlar liseyin tədris ilində ölkədaxili və beynəlxalq müsabiqələrdə uğur qazanmış şagirdləri və pedaqoji kollektivin nümayəndələri ilə görüşüblər.  
İcraçı direktor Oktay Səmədov Bilik Fondunun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verdikdən sonra istedadlı gəncləri Fondun Könüllülər Birliyinə üzv olaraq tədbirlərə qatılmağa dəvət edib. Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehriban Vəliyeva qonaqlara təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib.  
Görüşdə yeni tədris ilində Bilik Fondu ilə qurulacaq əməkdaşlıq əlaqələri, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

http://bilikfondu.gov.az/1/pages/5/category/14/news/805