Bir nurlu aləmdir müəllim ömrü

05 Oktyabr 2012

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.

Bu gözəl və şərəfli işin dəyərini bilənlər həmişə müəllimə hörmətlə yanaşmışlar.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. 

Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Liseyimizdə isə bu gün ən əziz bayramlardan biri sayılır. Bu bayram günündə şagirdlər öz sevimli müəllimlərini ürəkdən gələn səmimi, xoş sözlərlə, bir-birindən maraqlı, rəngarəng müsiqi nömrələri ilə təbrik edirlər.

Onu da qeyd etmək laımdır ki,liseyimizin gözəl ənənələrindən biri də odur ki, belə əziz günlərdə təkcə liseydə təhsil alan şagirdlər deyil, müxtəlif  illərdə liseyimizi bitirmiş məzunlar da iştirak edir. Ona görə ki “ bir nurlu aləmdir müəllim ömrü”, hamı bu nurun, bu işığın ətrafına toplaşır.