Biz hamımız Mübarizik!

24 May 2011

Hər il olduğu kimi bu il də məktəbimizdə Respublika Gününə həsr olunmuş “Biz hamımız Mübarizik” adlı hərbi yarış keçirildi. Bu il şagirdlərimiz məktəbimizin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Qılman Eyvazovun başçılığı altında yarışa xüsusi ciddiliklə hazırlaşmışdılar. Yarış müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Finala 10a1 sinfinin “Düşmənin kabusu” və 10a4 sinfinin “103” komandaları çıxdı. Gələcək həkimlərdən ibarət “103” komandası qalib oldu.