Bütün əsrlərin qəhrəmanı olan dahi rus yazarı Lermontovun 200 illik yubileyi

18 Dekabr 2014

     Dekabrın 18-də 6 nömrəli məktəb- liseydə dahi şair M.Y.Lermontovun 200 illik yubileyinə həsr olunmuş növbəti silsilə tədbir keçirildi. Həmin gün 6 və 23 nömrəli məktəblərin,  “Zəngi” və Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri “İfadəli oxu” və “Teatrlaşdırılmış səhnəcik” nominasiyalarında çıxış etdilər. Akademik Zərifə Əliyeva adına liseyin IX-XI sinif şagirdləri A.Ağayev, S.Nəcəfov, F.Əlizadə, M.Süleymanov, M.Zeynalov, T.Şıxəliyeva, Z.Şahverdiyev, E.Əhmədova, K.Eyvazlı liseyin rus dili və ədəbiyyatı müəllimləri M. Mustafayeva və A. Hacıyevanın rəhbərliyi ilə “Mənim əzabkeş qəlbim” əsərini səhnələşdirmiş, XI sinif şagirdləri N.Şıxəliyeva “Valerik”, Z.Şahverdiyev “Yola tənha çıxdım”, “Həm darıxdırıcı, həm kədərli” şeirlərini ifadəli oxumuşlar.
      Müsabiqənin ümumi nəticəsinə görə N.Şıxəliyeva “İfadəli oxu” nominasiyasında birinci, IX-XI sinif şagirdləri “Teatrlaşdırılmış səhnəcik” nominasiyasında ikinci yerə layiq görülmüşdür.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0