Bəhram Bağırzadə ilə görüş

25 May 2012

Bildiyimiz kimi, liseyimizdə tez-tez görkəmli şəxsiyyətlərlə, sənət adamları ilə görüşlər keçirilir.

Belə görüşlərdən biri də 23.05. 2012 tarixində tanınmış aktyor, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, 2012-ci aprelin 26-da “Humay” milli mükafatına layiq görülmüş Bəhram Bağırzadə ilə keçirilmişdi.

Görüşün əvvəlində liseyin məzunları Ələkbərov Dadaş və Qədirov Rəşad sevimli aktyorun “Şən və Hazırcavablar Klubu”ndakı fəaliyyətinə həsr olunmuş yumoristik səhnəni böyük məharətlə ifa etmiş və bununla da qonağın rəğbətini qazanmışdılar.

Daha sonra B. Bağırzadənin “Şən və Hazırcavablar Klubu”nda ən yaddaqalan çıxışları tədbir iştirakçıları üçün nümayiş etdirildi.

Liseyimizin qonağı müəllim və şagirdlərin suallarına olduqca səmimi cavablar verdi, yaradıcılıqla bağlı gələcək planları ilə bölüşdü. O, liseyimizin “Xatirə kitabı”ında öz səmimi ürək sözlərini yazdı.

Sonda tanınmış aktyora onun özünün lisey əməkdaşı tərəfindən çəkilmiş karikaturası təqdim edildi.

Bəhram Bağırzadə öz növbəsində bu səmimi görüşün təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0