Deyirlər, ürəyin güzgüsüdür göz...

26 Aprel 2011

Dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü ilə bağlı məktəbimizdə keçirilən silsilə tədbirlər çərçivəsində 26.04.2011-ci il tarixində şagirdlərimiz həmyaşıdları ilə dostluq əlaqələri yaratmaq məqsədi ilə Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat orta məktəbində konsert proqramı ilə çıxış etdilər. Sagirdlərin bu təşəbbüsünü dəstəkləyərək, məktəbin direktoru M.Vəliyeva başda olmaqla, bir qrup müəllim heyəti də bu tədbirdə iştirak etdilər.

Şagirdlərimizin bu xoş məramı internatın şagird və müəllim kollektivi tərəfindən yüksək qiymətləndirildi. Bir-birindən rəngarəng konsert nömrələri dinləyicilər tərəfindən maraqla dinlənildi və alqışlarla qarşılandı. İnternatın direktoru Namiq Hüseynquliyev çıxışında belə görüşlərin təkrar olacağı ümidi ilə hamıya təşəkkürünü bildirdi. Sonda xatirə şəkli çəkildi.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0