Diplom və sertifikatlarla təltif olunma

05 Fevral 2015

05.02.2015-ci il tarixində liseydə növbəti toplantı keçirildi. Toplantıda tədris ilinin I yarımilində təhsildə qazanılmış nailiyyətlərdən danışıldı. 

Liseyin şagirdləri:

1. M.Y.Lermontovun 200 illik yubileyinə həsr olunmuş tədbirdə I yerə layiq görüldüklərinə görə;

2. Fənn olimpiadasında növbəti mərhələyə keçdiklərinə görə;

3. İnformatika üzrə Beynəlxalq "Bebras" müsabiqəsində iştirakına görə diplom və sertifikatlarla təltif olundular.