“Doğma dilim, sən ki varsan dünyada...”

28 Fevral 2012

21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə məktəbimizdə “Doğma dilim, sən ki varsan dünyada...” adlı növbəti tədbir keçirildi. İlk öncə şagirdlər bu əlamətdar günün tarixçəsi haqqında qısa məlumat verdilər. 1952-ci il Banqladeşin Benqal şəhərində baş verən hadisələr, 1999-cu ildə şəhər nümayəndələrinin UNESCO-ya müraciəti və digər tarixi faktları səsləndirdilər.

Sonra IX sinif şagirdləri görkəmli ədiblərin Ana dilinə həsr olunmuş şeirlərindən ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Tədbirin aparıcıları- V. Ləman və M. Tahir ümummilli lider Heydər Əliyevin dil siyasəti, çağdaş dövrümüzdə dilimizə dövlət qayğısı haqqında hazırlanmış təqdimatı nümayiş etdirdilər.

Ədəbi-bədii hissədən sonra çıxış üçün söz məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi f.e. d. Mehriban Vəliyevaya verildi. Mehriban xanım bu günün əhəmiyyətindən danışdı.

Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna xanım Süleymanova dilimizin gözəlliyini, onun incəlik və ahəngini vurğuladı. Məktəbimizin riyaziyyat müəllimi Məmmədli Ələddin müəllim də öz çıxışında gəncləri başqa dilləri öyrənməklə yanaşı, öz ana dillinə mükəmmək yiyələnməyə çağırdı.

Sonda məktəbimizin direktoru Məhəbbət xanım Vəliyeva ana dilinin ana kimi əzizlənməyə layiq olduğunu qeyd etdi.