Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş idman yarışları

27 Dekabr 2012

İnsanın özünü, öz maddi və mənəvi potensialını mak­simum real­laşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağ­lamlıq lazımdır. Məş­hur «sağlam ruh, sağlam bədəndə olar» kə­lamı da təsadüfən ya­ran­mamışdır. Doğrudur, bu fikir müt­ləqləşdirilə bilməz; belə ki, fiziki sağ­lamlıq mənəvi sağ­lamlıq üçün hələ kifayət de­yil. Lakin bu şərt kafi olmasa da, zəruri şərtdir. Həm də təkcə idmançılar üçün yox, hamı üçün.

 Məhz buna görə də liseyimizdə idmana xüsusi diqqət yetirilir. Müxtəlif növ idman yarışları arasında  “Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ənənəvi  idman yarışları” xüsusi yer tutur.
Bu yarışda liseyin bütün sinifləri iştirak edir. Şagidlərimizin sevinc və həyəcanla gözlədikləri bu gün liseydə bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.

Hər il olduğu kimi bu il də  26-27 dekabr 2012-ci il tarixində keçirilən ənənəvi yarışda liseyin bütün sisfləri iştirak etdi. Onu da qeyd edək ki, bu yarışda azarkeş qismində liseyimizin məzunlrı da iştirak edirdilər.
Yarışların ikinci günü liseyin keçici kubokunun təqdim  olunma mərasimi keçirildi.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş idman yarışlarının bu ilki qalibi 11r2 sinfinin komandası oldu.