Dənizkənarı Bulvar gəzintimiz

21 Sentyabr 2013


Bu gün bizim günümüzdür...

Artıq üç ildir ki, liseyimizdə yaranmış gözəl bir ənənəni-dərs ilinin ilk həftəsində təşkil olunmuş gəzintini həyata keçiririk. Yeni dərs ilinin ilk həftəsinin son gününü müəllim və şagird kollektivi Dənizkənarı parkda birlikdə keçirir.

         Gəzinti zamanı tarix müəllimlərinin Bakının tarixi, coğrafiya müəllimlərinin şəhərimizin coğrafi mövqeyi haqqında söylədikləri şagirdlərin, xüsusən də məktəbə yeni qəbul olunmuş 9-cuların böyük marağına səbəb oldu. Çəkilən xatirə şəkilləri bu günün əvəzsiz xatirəsini əbədiləşdirdi.

         Bu unudulmaz və maraqlı günün xatirəsi uzun zaman yaddaşlardan silinməyəcək.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0