Əfsanələşən partizan ömrü

16 Oktyabr 2020

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar liseyin tarix müəllimi Pərviz Ağalarov 9a3 sinfinin şagirdlərinin iştirakı ilə  “ Əfsanələşən partizan ömrü” adlı tədbir keçirmişdir.

   Tədbirdə şagirdlərin hazırladığı təqdimat dinlənilmişdir. Dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

   Tədbirin sonunda  P.Ağalarov çıxış edərək bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş, rəşadətli döyüş yolu keçmiş Azərbaycan xalqının mərd oğlu Əhmədiyyə Cəbrayılov haqqında maraqlı faktları tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızın  azad edilməsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi olduğunu qeyd etmişdir.