Fuad Axundov liseyimizin qonağı

22 Oktyabr 2012

Məşhur Bakı  tarixinin  bilicisi,  “  Bakı sirləri” verilişinin daimi aparıcısı Fuad Axundov liseyimizin  qonağı  oldu. Tədbiri  giriş sözü ilə liseyin direktoru M.Vəliyeva açdı, qonağı salamlayaraq liseyin kollektivi adından ona bu görüşə gəldiyinə görə minnətdarlığını bildirdi.
Daha sonra  Məhəbbət xanım bu görüşü təşkil etdiyinə görə liseyin tarix müəllimi R.Rizayevə də təşəkkürünü bildiri.    
Fuad Axundovun şəxsi tədqiqatlar nəticəsində əldə etdiyi yeni məlumatlar   kollektivimizin böyük marağına səbəb oldu. Onun müəllim, şaqird heyəti  qarşısında özünəməxsus, gözəl və səlist çıxışı zamanı  Bakının uzaq və yaxın  keçmişi  sanki  yenidən gözümüz önündə canlandı.

 Eyni zamanda  Azərbaycan tarixində, incəsənətində müstəsna rol oynamış şəxsiyyətlər barədə  çox maraqlı məlumatlar verildi. Şaqirdlərlə maraqlı dialoq şəklində qurulan bu görüşdə Fuad müəllim şaqirdləri maraqlandıran  suallara ətraflı cavab verdi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi. 

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0