Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş

13 Fevral 2014

 13 fevral 2014-cü il tarixində liseyimizə Fövqəlada Hallar Nazirliyindən gəlmiş nümayəndə heyəti ilə görüş keçirildi. Gəlişin məqsədi şagirdlərin yanğın zamanı özlərini necə aparmaları barədə məlumat vermək və mövcud yanğın söndürmə vasitələrindən istifadə yollarını onlara başa salmaq idi. Xüsusilə naqillərin alışması zamanı hansı yanğın söndürmə vasitələrindən istifadə edilməsi barədə geniş məlumat verildi və şagirdlərin nümayəndə heyətinə ünvanlanmış sualları cavablandırıldı.