Gələcək bizimlədir

06 May 2021

18 noyabr 2020-ci il tarixindən 30 aprel 2021-ci il tarixinədək   İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası və TRIZ İnkişafçıları QHT Sammiti tərəfindən konfrans  təşkil edilmişdir

"TRIZ Developers Summit" beynəlxalq ictimai təşkilatının keçirdiyi  konfransda TRİZ mütəxəssisləri, Azərbaycan, İsrail, Rusiya, ABŞ, Almaniya, Türkiyə və Kanadanın ixtiraçıları ilə yanaşı məktəblilər də iştirak edirdi.  2020\2021 –ci il TRİZ Sammit kuboku konfransında liseyin 9r4 sinif şagirdi Abbaslı Məhəmməd iştirak etmiş və  15-17 yaş səviyyəsi üzrə “İxtiraçılar” nominasiyasında  II yerə layiq görülmüşdür.

 Bu qələbə münasibəti ilə Məhəmməd Abbaslını və elmi rəhbəri olan liseyin biologiya müəllimi Natalya Qurbanovanı bu qələbə münasibəti ilə təbrik edirik.