Gül bayramı

06 May 2011

Bu gün Bakının Yasamal rayonunda Gül bayramı keçirildi. Məktəbimizin şagirdləri rəsm əsərləri ilə, gül fotoşəkilləri ilə bu müsabiqədə iştirak etmişlər. Xüsusilə hamının nəzərini cəlb edən isə canlı güllərimiz idi. XI sinif şagirdləri podiumda gəzən manekenlərdən heç nə ilə fərqlənmirdilər. Qızlar əsrarəngiz geyimdə, başlarında gül şlyapalar paytaxt sakinlərinin gözünü, könlünü oxşaya bilmişdilər. Tədbirdə müxtəlif geyimlərlə yanaşı, məktəblilərin əl işləri, rəsm nümünələri, güllərdən bəzədilmiş butalar da bayrama ayrıca gözəllik qatmışdı. Təbii güllərdən hazırlanmış əl işləri, Heydər Əliyevin portreti və 88 illiyini əks etdirən rəsm nümunələri gül kompozisiyaları arasında daha çox diqqət cəlb edirdi. Bayrama qatılan qonaqlar isə həm gül kompozisiyalarına tamaşa edir, həm əylənir, həm də konsert proqramında ifa olunan mahnılardan feyziyab olurdular.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0