Gül bayramı

04 May 2012

2 may 2012-ci il tarixdə ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümu münasibəti ilə Yasamal rayonunda Bayraq meydanında «GÜL BAYRAMI» keçirildi. Bayramda yaddaqalan işlərdən biri də liseyimizin düzəltdiyi al-əlvan kompozisiya idi. Bundan başqa bayramda Yasamal rayon Əlillər Təşkilatında və Azərbaycana Birgə Yardım təşkilatında qeydiyyatdan keçən əlillərin əl işləri də nümayiş etdirildi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Yasamal rayonu ərazisindən seçilən deputatlar əlillərin əl işləri ilə tanış olaraq xoş sözlər söylədilər.