Gül bayramı

03 May 2014

        03.05.2014 –cü il tarixində liseyimiz Yasamal parkında ənənəvi olaraq keçirilən Gül Bayramında iştirak etmişdir. Gül bayramına həsr olunmuş sərgidə liseyimizin şagirdlərinin hazırladığı bir-birindən gözəl  çiçəkli kompozisiyalar təqdim edildi. Təqdim edilmiş kompozisiyalar arasında ən çox bəyənilən şagirdlərimiz tərəfindən hazırlanmış “Çiçəklənən Qarabağım” adlı stend oldu. Tədbirdə liseyimizin müdiriyyəti, şagird və müəllim kollektivi fəal iştirak etmişdir.