Gənc Ekoloqların Beynəlxalq Turniri

30 İyun 2010

21-26 iyun 2010-cu il tarixində Gürcüstanda keçirilən “Gənc Ekoloqlar Turniri”ndə məktəbimizin 6 nəfər şagirdi Ələkbərov Şamil,Həsənova Fəridə,Həsənov Novruz,Hüseynli Fariz,Abdullayev Şəmi,Hüseynzadə İlkin iştirak etmişdir.

Təklif olunmuş mövzular ətrafinda Ələkbərov Şamil “AİDS”,Həsənova Fəridə,Hüseynzadə İlkin “Klonlasma”,Hüseynli Fariz “Mineral sular” mövzusunda çıxış etmişdir. Edilən çıxışlar nümayəndələr və münsiflər tərəfindən diqqətlə dinlənilmiş və layiqincə qiymətləndirilmişdir .

Bütün iştirakçılarımız diplomlarla təltif olunmuş və Turnirin finalçıları arasında III yeri qazanmışlar.Qonşu Gürcüstandan gələn şagirdlərimizi qazandıqları qələbələrlə təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0