Haqverdiyev - bir ümman

20 Noyabr 2020

Liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Axundovanın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ictimai xadim  Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunmuş “Haqverdiyev -bir ümman” adlı  videokonfrans keçirilib.

   Liseyin rus bölməsinin 10-cu sinif şagirdlərinin iştirakı ilə keçirimiş videokonfransda  iştirakçılar XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bütün yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda böyüməsinə, təlim-tərbiyə almasına xidmət edən Əbdürrəhim bəy Haqverdiyevin bədii irsi ilə tanış olmuş. Onun ictimai -siyasi xadim kimi Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söhbət açılmışdır.

      Müəllifin satirik ruhda, bəzən ironiya, bəzənsə ürək ağrısı ilə qələmə aldığı ədəbi nümunələr 100 ilə yaxın bir dövrdə Azərbaycan oxucusu üçün dəyərini və aktuallığını itirməməsi və Haqverdiyevin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunması qeyd olunmuşdu.