Həzi Alsanovun xatirəsinə həsr olunmuş tədbir

24 Yanvar 2012

22 Yanvar 2012- ci il tarixində məktəbimizdə Azərbaycanın igid oğlu iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Əməkdar İncəsənət xadimi, kinorejissor- ssenarist, professor Musa Bağırov, Həzi Aslanovun Verxno - Kumsk yaşayış məntəqəsi uğrunda apardığı döyüşlərin canlı şahidi, müharibə veteranı, istefada olan baş leytenant Bəkir Məmmədov, təyyarəçi- bombardmançı, istefada olan Mayor Damət Nəbiyev və 1985-ci ildə ekranlaşdırılmış “Mən sizi dünyalar qədər sevirdim” filmində sərkərdənin obrazını canlandırmış Respublikamızın xalq artisti Ramiz Novruzov tədbirin fəxri qonaqları idilər.

Məktəbimizin Hərbi rəhbəri Qılman Eyvazov acaraq dahi sərkərdənin həyat və döyüş yolu ilə tədbir iştirakçılatını tanış etdi. Sonra söz tədbirin qonaqlarına verildi.

Pofessor M.Bağırovun Həzi Aslanovun həlak olması səhnəsini detalları ilə iştirakçılara danışdı. Həzi Aslanov haqqında yazdığı “Sərkərdənn taleyi” adlı kitabınını məktəbin kitabxanasına hədiyyə etdi.

Digər qonaqlar da qəhrəman haqqında olan təsüratlarını tədbir iştirakçılarına çatdırdılar. Tədbirin sonunda məktəbimizin direktoru Məhəbbət xanım Vəliyeva çıxış edərək tədbir iştirakçılarına və qonaqlara minnətdarlığnı bildirdi.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0