“İdeya var” gənclərin III ümumrespublika müsabiqəsinin qalibləri

10 Oktyabr 2021

Oktyabrın 9-da “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində qalib gəlmiş layihələrin nümayiş etdirildiyi sərgi açılıb və mükafatlandırılma mərasimi keçirilib. 
Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq 
müsabiqəsinin qalibi olublar. Liseyin 11-ci sinif şagirdləri Amin İslamov və Zaur Əsgərov “Texniki İnovasiyalar” nomunasiyaları üzrə I yerə layiq görülmüşlər.
“Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə,Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu, Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.
Qalib layihələrlə tanış olan Gənclər və İdman naziri Fərid Qayıbov gənclər arasında təşkil edilən bu müsabiqənin növbəti illərdə daha geniş miqyasda keçirilməsi ilə bağlı tövsiyələrini verib.