İEARN Beynəlxalq İllik Konfransı

01 İyul 2013

1-6 iyulda məktəbimizin 5 müəllim və 13 şagirddən ibarət nümayəndə qrupu Qatarın paytaxtı Doha şəhərində keçirilən 20-ci İEARN Beynəlxalq İllik Konfransı və 17-ci Beynəlxalq İllik Gənclər Sammitində ölkəmizi təmsil etdilər. Konfrans çox yüksək səviyyədə təşkil olunmuşdu və Qatar Milli Konvensiya Mərkəzində (QNCC) keçirilirdi. Konfransda Azərbaycan daxil olmaqla 55 ölkənin nümayəndələri iştirak edirdilər. Əlavə məlumatlarla  englishdepartmentnews.blogspot.com blogunda tanış ola bilərsiniz.