İnformatika fənnindən dünya olimpiadasına hazırlıq mərhələsi

25 May 2015

Akademik Zərifə Əliyeva adına liseydə 25.05.2015-ci il tarixindən etibarən informatika fənni üzrə beynəlxalq fənn olimpiadasına hazırlıq mərhələsi keçirilir.Təhsil nazirliyinin təşəbbüsü ilə beynəlxalq ekspert Belarusiya Dövlət Universitetinin tətbiqi riyaziyyat və informatika kafedrasının professoru M. V. Kotovun cəlb olunmuşdur. Qeyd edək ki, hazırlıq mərhələsinə Ramin Mahmudzadə rəhbərlik edir.