Koreya səfəri

19 Sentyabr 2014

Sentyabr ayının 13- dən17- nə qədər Koreya Respublikasının Təhsil Nazirliyinin dəvəti  ilə  Akademik Zərifə Əliyeva adına liseyin 2 şagird və bir  müəllimindən ibarət Azərbaycan nümayəndə  heyyəti Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən  4 cü Dünya elektron təhsil (e-icon) müsabiqəsində iştirak etmişdirlər.Əsas məqsədi  beynəlxalq əməkdaşlığa  əsaslanan  elektron təhsil sahəsində yeni nəsil liderlərini inkişaf etdirmək, qlobal elektron təlim materiallarının hazırlanmaq və qlobal elektron təlim məzmununu inkişaf etdirmək olan bu müsabiqədə  dünyanın müxtəlif ölkələrindən olan  54  orta məktəb şagirdi  iştirak edirdilər.

Müsabiqədə informasiya kommunikasiya texnologiyaları yüksək inkişaf edən  Yaponiya, Çin, Koreya, Malayziya kimi qabaqcıl  ölkələr sırasında  çıxış etmək bizim heyyət üçün məsuliyyətli və eyni zamanda çox  şərəfli iş idi. Azərbaycan Respublikasını 10-cu sinif şagirdləri İbrahim Məmmədov, Elgün Cəbrayılzadə və müəllim Rüfət Rizayev təmsil edirdilər. Müsabiqə iştırakçıları 3 gün ərzində komandalar şəklində  smartfonlar vasitəsi ilə idarə olunan elektron tədris resurslarını hazırlamaq tapşırığını almışdırlar. İlk gündən şagirdlərimiz informatika sahəsində yüksək bilik və bacarıqlar nümayiş etdirərək müsabiqəyə cox böyük maraqla qatıldılar. Yekunda dünyanın müxtəlif ölkələrinin informatika sahəsində mütəxəssislərindən ibarət münsiflər heyyəti qarşısında təqdimatla  çıxış  edən şagirdlərimiz  “Ən yaxşı komanda işi” nominasiyasında birinci yerə layiq görülmüşdürlər.