“LAZER” Elmi-texniki mərkəzinin direktoru ilə görüş

24 Fevral 2015

Bu gün Akademik Zərifə Əliyeva adına liseydə “LAZER” Elmi-texniki mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi Soltanhəmid Məlikovla görüş keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban xanım uşaqları bahar bayramının ilk müjdəçisi olan “su çərşənbəsi” münasibətilə təbrik etdi, onlara yaxşı əhval-ruhiyyə, dərslərində müvəffəqiyyət arzuladı. Daha sonra o, şagirdlərin elmi yaradıcılığa həvəsləndirilməsi və onlarda bu bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün liseydə “Kiçik Elmi Akademiya” yaradılması təşəbbüsündən, respublikamızda çalışan alimlərin dəstək məqsədilə bu təşəbüsə qoşulmasından danışdı. Mehriban xanım  bu istiqamətdə ilk məruzə ilə çıxış etməyə razılıq vermiş Soltanhəmid müəllimi toplantıda  iştirak edən müəllim və şagirdlərə təqdim etdi. 

 

Soltanhəmid müəllim fizika sahəsində əldə etdikləri elmi yenilik və ixtiralar haqqında maraqlı məruzə ilə çıxış etdi. O, şagirdlərə elmi yaradıcılğın çox maraqlı və faydalı fəaliyyət sahəsi olmasından, eləcə də elmi araşdırma  metodologiyasından danışdı,   “LAZER” Elmi-texniki  mərkəzində yaradılmış konkret nümunələr əsasında elmi ideyaların yaranması  və onların praktik realizasiyası  prosesinin təfərrüatları  haqqında  uşaqlara maraqlı məlumatlar verdi.  Məruzə zamanı nümayiş etdirilən vidioçarrxlar və fotomateriallardan ibarət təqdimatlar elmi-praktik mövzuların uşaqlar tərəfindən qavranılmasını asanlaşdırmaqla yanaşı, onları məruzə ətrafında qızğım müzakirələrin iştirakçısına çevirdi.  Təsadüfi deyil ki, bir saat nəzərdə tutulmuş tədbir iki saatdan artıq çəkdi. Sonda Soltanhəmid müəllim şagird və müəllimlərin çoxsaylı suallarını cavablandırdı.  


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0