Liseyimizin müəllimi “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimi uğurla başa vurub

10 Fevral 2023

Azərbaycanın müxtəlif bölgələrindən olan müəllim və təhsil işçilərindən ibarət 50 nəfərlik böyük bir heyətin Noyabrın 13-dən Dekabrın 1-nə kimi İsraildə, 9-10 Fevral isə ölkəmizdə "İnnovativ məktəb" layihəsi təlimində olublar. Liseyimizin İKT üzrə direktor müavini Zəka İbrahimov da həmin təlimin iştirakçılarından olub.

“ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olub.

Böyük əksəriyyəti praktiki tapşırıqlar və interaktiv müzakirələrlə keçən təlimlər zamanı iştirakçılara bacarıqların mənimsənilməsini təşviq edən xüsusi proqramlar hazırlanması, tədris metodologiyaları, layihə əsaslı öyrənmə, XXI əsr bacarıqlarının tədrisi və digər mövzularda seminarlar keçirilib. Təlimin sonunda iştirakçılar komandalara bölünərək öyrəndikləri metodologiyalar əsasında hazırladıqları innovativ dərs planlarını təqdim edib və təlimlə bağlı fikir mübadiləsi aparıblar.