Liseyimizin şagirdləri Sinqapurda keçirilən Beynəlxalq "SIMOC 2024" olimpiadasında yüksək nəticə əldə ediblər

27 İyul 2024

"AMO 2023" və "SASMO 2024" beynəlxalq olimpiadalarında iştirak edərək medal əldə edən şagirdlər bu il Sinqapurda keçirilən "SIMOC 2024" olimpiadasında iştirak ediblər.

35 ölkədən 2200 şagirdin iştirakı ilə keçirilən bu nüfuzlu olimpiadada Azərbaycanı 69 şagird təmsil edib. Üç mərhələdən ibarət olan olimpiadada şagirdlər fərdi, "Math Warriors" və "Mind Sports" kateqoriyalarında iştirak ediblər.
Liseyimizin X sinif şagirdi Mahmudlu Elvin və XI sinif şagirdimiz Fəxriyyə İsayeva bu olimpiadada iştirak edərək yüksək nəticə əldə ediblər. Belə ki, Elvin fərdi kateqoriyada gümüş, "Mind Sports" komanda yarışında bürünc medala, Fəxriyyə isə "Math Warriors" kateqoriyasında gümüş medala layiq görülüb.

Bu münasibətlə hər iki şagirdimizi ürəkdən təbrik edir hər zaman bol-bol uğurlar arzu edirik.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0