Liseyimizin şagirdləri "İntel İSEF- İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi"ndə Azərbaycanı təmsil edəcək

18 Fevral 2016

13 fevral 2016-cı il tarixində "Sabahın alimləri" V Respublika müsabiqəsinin final mərhələsində münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF - İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Fizika, astronomiya kateqoriyası üzrə II yer tutmuş Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, eyniadlı kateqoriya üzrə II yer tutmuş akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sardarlı və XI sinif şagirdi Nigar Sardarlı, biologiya kateqoriyası üzrə I yer tutmuş akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ayşən Əliyeva, Əli Əliyev cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İnteI İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıblar.

Xəbərə keçid linki: http://az.trend.az/azerbaijan/society/2494189.html