Mahnı və şeir səsləndirmə müsabiqəsi

17 Mart 2012

15.03.12 tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə IX və X sinif şagirdləri arasında “Eurovision” mahnı müsabiqəsi və ingilis dilində şeir söyləmək yarışları keçirildi.

“Eurovision” adlı mahnı müsabiqəsində şagirdlər yalnız adından bəlli olduğu kimi, “Eurovision”da səsləndirilən mahnılardan oxudular və oynadılar. Münsif olaraq əyləşən ingilis dili müəllimlərinin və məktəb müdiriyyətinin seçimi ilə bu müsabiqədə yalnız 3 nəfər öz fərqli və gözəl çıxışı ilə yer tutdu və fərqləndirmək məqsədilə I, II və III yerləri tutan bu şagirdlərə setrifikatlar təqdim olundu.

Şagirdlər və müəllimlər tərəfindən maraqla izlənən bu gözəl mahnı müsabiqəsindən sonra digər bir neçə şagird ingilis dili həftəsi olduğu üçün ingilis dilində şeir və yanıltmaclar söyləyərək öz bacarıqlarını nümayiş etdirdilər. Bu dəfə də münsiflər tərəfindən hər bir şagird qiymətləndirildi və daha çox bal toplayan, şeir və yanıltmacı daha səlis şəkildə söyləyən və bəyənilən 3 şagird fərqləndirilmək məqsədilə sertifikatla dəyərləndirildilər. Onu da qeyd edək ki, bu müsabiqədə I yeri Gürcüstandan təşrif buyurmuş gürcü şagirdi Helen tuta bildi. Sonda məktəb direktoru ənənəyə sadiq qalaraq, öz fikirlərin bildirdi, qalibləri təbrik etdi və maraqla izlənən müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirdi.

Çox maraqlı keçən hər iki müsabiqənin qalib gələn bütün şagirdlərini əldə etdikləri uğura görə ürəkdən təbrik edirik...