Məqsədimiz sağlam və savadlı gənclər yetişdirməkdir

17 Oktyabr 2022

 Valideyn-müəllim-şagird arasında qarşılıqlı münasibətin düzgün qurulması məqsədi ilə 08-15 oktyabr 2022-ci il tarixində valideynlər arasında sorğu keçirildi. Psixoloq R.Kərimovanın hazırladığı sualları cavbalandıraraq valideynlər sorğu vərəqində liseydən gözləntilərini, təkliflərini qeyd etdilər. Sorğunun keçirilməsində məqsəd liseyin gələcək fəaliyyətinin planlaşdırılmasında tədris prosesinin iştirakçılarının təkliflərinin nəzərə alınması idi.