Məzunlarımıza qızıl və gümüş nişanlar təqdim edilib - 2024

26 İyul 2024

2023-2024-cü tədris ilində tam orta təhsil səviyyəsini yüksək nailiyyətlərlə bitirmiş və Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə qızıl və gümüş nişanla təltif olunmuş 8 nəfər məzunumuza xüsusi nümunəli attestatlar və "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş nişanlar təqdim olunmuşdur.

Məzunlarımızdan Ağayev Hüseyn, Hacı-Sultanov Müslüm, Hüseynli Nihad, Xəlifəquliyev Zabit, Məmmədli Aydan, Səttarov  Adil, Umudova Xədicə qızıl nişan, Əzizli Nicat isə gümüş medal əldə ediblər. Bu böyük uğurları münasibətilə məzunlarımızı, onların valideynlərini və müəllimlərimizi səmimi qəlbdən təbrik edir, hər birinə gələcək həyatlarında da böyük uğurlar qazanmalarını arzulayırıq.
 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0