MP-nin hesabatı

03 Dekabr 2011

02.12.11 – ci il tarixində məktəbimizdə parlamentin təqdimatıkeçirildi. İclasda komissiya üzvləri, hər bir komissiyanın sədri, vitse spikerlər və spiker iştirak edirdi, bundan əlavə “İrəli” Gənclər Birliyinin kordinatorları və 161 saylı məktəbin parlamentindən spiker və komissiyaların sədrləri qonaq kimi əyləşmişdilər. İclas çox maraqlı keçdi. Parlament bu iclasında hər ay olduğu kimi hər bir komissiyanın sədri ay ərzində məktəb üçün nə kimi yararlı iş gördüklərinin hesabatını verirdilər. Hesabat nəticəsində aydın oldu ki, hər bir komissiya üzvü ay ərzində çox çalışıbdır. Bundan başqa iclasda bir neçə maraqlı təkliflər də irəli sürüldü və bəzi mövzularda narazıçılıqlar da oldu. Təbii ki, bu barədə məktəbimizin direktoru da məlumatlandırılacaq və təkliflər də nəzərə alınacaqdır. Sonda qonaqlar tərəfindən də yeni fikirlər irəli sürüldü və onlar öz təşəkkürlərini də bildirdilər.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0