Müəllim və yazıçı

15 Fevral 2012

 

Liseyimizdə şagirdlərin dünyagörüşlərinin artırılması məqsədilə mütəmadi olaraq tanınmış ziyalılar, sənət adamları ilə görüşlər keçirilir.
Belə görüşlərdən biri bu gün şagirdlərin sevimli yazıçısı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə keçirildi. Tədbirdə yazıçının yaradıcılığı ilə yaxından tanış olan müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə liseyimizin direktoru M.Vəliyeva açdı. Sonra söz, yazıçının ədəbi yaradıcılığı barədə danışmaq üçün, 11- ci sinif şagirdi Vəliyeva Elviraya verildi. O, E.Elatlı və onun əsərləri haqqında hazırladığı maraqlı təqdimatla iştirakçılar qarşısında çıxış etdi.
Səmimi mühitdə keçən görüşdə Elxan Elatlı oxucuları maraqlandıran sualları cavablandıdı, iştirakçılara öz əsərləri və onların prototipləri haqqında geniş məlumat verdi. Sonda yazıçı ilə xatirə şəkili çəkdirildi və imzalı kitabların təqdimatı oldu.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0