Müəllim və yazıçı

15 Fevral 2013

Liseyimizdə şagirdlərin dünyagörüşlərinin artırılması məqsədilə  mütəmadi olaraq  tanınmış ziyalılar, sənət adamları ilə görüşlər keçirilir.

    Belə görüşlərdən biri  bu gün  şagirdlərin   sevimli yazıçısı  , şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə keçirildi.  Tədbirdə yazıçının yaradıcılığı ilə yaxından tanış olan müəllim və şagird kollektivi iştirak edirdi.

    Tədbiri  giriş sözü ilə liseyimizin direktoru M.Vəliyeva açdı. Ədibin yaradıcılığı barədə danışmaq üçün söz 11- ci sinif şagirdi Vəliyeva Elviraya verildi. O, E.Elatlı və onun əsərləri haqqında hazırladığı maraqlı təqdimatla iştirakçılar qarşısında  çıxış etdi.

    Səmimi mühitdə keçən görüşdə Elxan Elatlı oxucuları maraqlandıran sualları cavablandırdı,  iştirakçılara öz əsərləri və onların prototipləri haqqında  geniş məlumat verdi. Sonda yazıçı ilə xatirə şəkili çəkdirildi və imzalı kitabların təqdimatı oldu. 

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0