Müəllimlərə müəllim sevincini yaşadanlar

05 Oktyabr 2011

Oktyabrın 5-də məktəbimizdə Müəllim günü keçirildi. Öyrənənlər öyrədənləri təbrik etmək üçün xüsusi proqram hazırlamışdılar. Gitarada çalan kim, skripkanı ağladan kim, şeir deyən kim, mahnı oxuyan kim. Bütün məşhur mahnıların sözləri dəyişdirilmiş, müəllimlərə şeirlər həsr edilmişdi. Şagirdlərimiz milli və müasir rəqsləri böyük həvəslə ifa edirdilər. Tədbirin şirin yerində məzunlarımız da gəlib çıxdılr. Onların dediyi təşəkkür sözləri çoxumuzu kövrəltdi. Şagirdlərimiz bizə , sözün əsl mənasında, müəllim sevinci yaşatdılar!