Məktəb spatrakiadası

30 Dekabr 2011

27-28 dekabr tarixlərində Akademik Zərifə Əliyeva adına məktəbdə IX, X və XI siniflərinin seçilmiş şagirdlərindən ibarət yığma komandaların iştirakı ilə spartakiada keçirildi. Spartakiada çox maraqlı, eyni zamanda ədalətli keçirildi və çox yüksək səviyyədə təşkil olunmuşdur. Komandalar əvvəlcə spartakiadanın 27 dekabr tarixində keçirilmiş finalında oynadılar və müəllimlərdən ibarət münsiflərin birgə rəyi ilə ən yaxşı oynayan komandalar yarımfinala və finala keçid əldə edə bildilər. Təəssüflər olsun ki, qalib olmayan siniflərin komandaları isə spartakiadanın növbəti turuna keçə bilmədilər. Qalib komandalar spartakiadanın 28 dekabr tarixində keçirilən yarımfinalında üz-üzə gəldilər. Bu komandaların yarımfinala çox yaxşı hazırlaşmaqlarına baxmayaraq, onlar arasında finala keçə bilmək üçün yetərincə xal toplaya bilməyən komandalar da oldu. Yarımfinalda yalnız üç sinif qalib oldu. Onlar çox yaxşı, düzgün və qətiyyətlə oynayırdılar, yarışmanın bütün qayda və qanunlarına əməl edirdilər. Buna baxmayaraq, finala yalnız bir sinfin komandası keçə bilərdi. Buna görə də qalib olan 9a2+, 10r2 və 11r1 siniflərinin komandaları artıq finalda üz-üzə gəldilər. Onlar finalda çox uzun və çətin mərhələlərdən keçdilər. Və sonda münsiflər heyətinin verdiyi xalların nəticəsinə görə 10r2 sinfi rəqiblərinə nisbətən daha gözəl oyun nümayiş etdi, daha çox xal topladı və qalib oldu...

Biz qalib sinfi ürəkdən təbrik edir və onlara, nəinki öz məktəbimiz daxilində, hətta bütün məktəblər arasında I olmağı və öz bacarıqları ilə məktəbimizin adını yüksəltmələrini arzu edirik...