Məktəbdə keçirilən flashmob

17 Fevral 2012

15.02.2012 tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə flashmoba hazırlıq məqsədilə məşq keçirildi. Aprel ayında Park Bulvarda həyata keçiriləcək flashmob məktəb parlamentinin mədəniyyət komissiyası tərəfindən təşkil edilir. Bunu keçirməkdə əsas məqsəd isə məktəbi tanıtdırmaqdan başqa, məktəbizin yalnız oxumaqla deyil, digər dərsdənkənar fəaliyyətlərlə də məşğul olduğunu göstərməkdir. Məktəbimizdə 30-dan çox şagirdin maraqla cəlb olunduğu bu flashmobda şagirdlərin əsas istəyi birgə fəaliyyət göstərərək sonda uğurlu nəticələr əldə etməkdir.

İnanırıq ki, şagirdlər məktəbimizin adını layiqincə tanıtdırarlar...