Məktəbimizdə “Sabahın alimləri” Respublika müsabiqəsində iştirak edən şagirdlərin sərgisi

26 Fevral 2012

23-24 fevral tarixində Akademik Zərifə Əliyeva adına məktəbdən də şagirdlərin iştirak etdiyi “Sabahın alimləri” adlı Respublika Müsabiqəsi keçirilmişdir. IX, X, XI siniflərin qatıla bildiyi bu Beynəlxalq müsabiqədə məktəbimizi 15 layihə ilə bir neçə şagird təmsil edirdi. Digər məktəblərdən fərqli olaraq, daha çox layihə təqdim edən məktəbimiz sonda da çox uğurlu nəticələr əldə etdi.

Müsabiqədə çıxış etməzdən öncə bu şagirdlər öz layihələrini məktəbdə nümayiş etdirdilər. Məhəbbət xanım Vəliyevanın bir neçə dəqiqəlik çıxışından sonra iştirakçılar öz ürək sözlərini söylədilər, təşəkkürlərini bildirdilər.

Bu Beynəlxalq Müsabiqədə məktəbimizi təmsil edən şagirdlərin əksəriyyəti I, II və III yerləri tutaraq, medallarla, diplomla və pul mükafatı ilə dəyərləndirildilər. Buna baxmayaraq, müsabiqəyə təqdim olunan layihələrin yalnız 3-ü açıq səs vermə yolu ilə Amerikaya göndəriləcək. Bu layihələrdən biri də elə məhz bizim məktəbimizin X sinif şagirdləri olan Məmmədov Orxan və Elxan qardaşlarının təqdim etdiyi layihə oldu. Biz bu qələbəyə çox sevinirik və onları ürəkdən təbrik edirik, arzu edirik ki, Amerikada da onlar məktəbimizi və eləcə də ölkəmizi yüksək səviyyədə yaxşı mənada tanıtdıracaqlar…